İstanbul-Tbilisi təyyarəsi pis hava şəraiti səbəbindən Ərzrumda eniş edib

İstanbul-Tbilisi təyyarəsi pis hava şəraiti səbəbindən Ərzrumda eniş edib<span class="qirmizi"></span>

Türkiyənin İstanbul-Tbilisi reysini yerinə yetirən "Pegasus" Hava Yollarına məxsus təyyarə pis hava şəraiti səbəbindən Ərzurumda eniş edib.

"Report" xəbər verir ki, bu barədə Gürcüstan Hava Limanları Assosiasiyası məlumat yayıb.

Hazırda İstanbuldan yalnız bu reysdə problem olduğu bilinir.

Tbilisidə hazırda güclü külək əsir, meteoroloqların sözlərinə görə, sürəti 17 m/s-ə çatır.

Mənbə: report.az