Çin qarışdı: Si Cinpinin istefası tələb olunur - VİDEO

Çin qarışdı: Si Cinpinin istefası tələb olunur -  VİDEO<span class="qirmizi"></span>

Çində nümayişlər keçirilib.

Metbuat.az xəbər verir ki, minlərlə etirazçı paytaxt Pekin, Şanxay və digər şəhərlərdə meydanlara çıxaraq pandemiya ilə bağlı tətbiq edilən sərt tədbirlərə narazılıq ediblər. Etirazçılar hökumət əleyhinə şüarlar səsləndiriblər. Aksiyalar zamanı ölkə sədri Si Cinpinin istefası tələb edilib. Aksiyalar zamanı gərginlik qeydə alınıb. Şanxayda hökumət əleyhinə belə irimiqyaslı etiraz aksiyasının keçirilməsi ilk haldır.

Qeyd edək ki, Çində pandemiyaya dair “sıfır hal” siyasəti həyata keçirilir.

Mənbə: metbuat.az