Azərbaycan Gürcüstana daha bir neçə ceyran bağışlamaq niyyətindədir

 

Tbilisi, 28 noyabr, AZƏRTAC

Azərbaycan Gürcüstanda biomüxtəlifliyin, fauna və floranın daha da inkişafı və zənginləşdirilməsi ilə bağlı birgə layihələr həyata keçirmək niyyətindədir. Bu məqsədlə Gürcüstana daha bir neçə ceyran sürüsü bağışlamaq istəyirik.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Otar Şamuqiya ilə görüşdə söyləyib.

Onun sözlərinə görə, Azərbaycanın bundan əvvəl Gürcüstana verdiyi ceyranlar artıq çoxalmağa başlayıb. Bu layihə davamlı olarsa, bizim regionumuzda biomüxtəliflik daha da artar, fauna və floramız daha da zənginləşər.

M. Babayev deyib ki, Azərbaycan tərəfi bununla əlaqədar daha bir neçə layihə təqdim etməyə hazırdır. Bu layihələr sırasında transsərhəd çaylardan səmərəli istifadə, su və mineral ehtiyatların mümkün qədər səmərəli idarə olunması, beynəlxalq əməkdaşlıq kimi məsələlər də var.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Bülənt Ərsoyla bağlı növbəti iddia

SONRAKI XƏBƏR

Ekspert: “Azərbaycan, Türkiyə və Pakistan strateji tərəfdaşlığı fəal şəkildə inkişaf etdirir”