"Uşaqlar valideynin göstərdiyi fəaliyyətlərə maraq göstərirlər" - Psixoloq

"Uşaqlar valideynin göstərdiyi fəaliyyətlərə maraq göstərirlər" - Psixoloq<span class="qirmizi"></span>

İstiqamət: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
"Valideyn öz şəxsiyyəti üzərində ciddi addımlar atmalıdır, daha sonra uşağa model olmalıdır. Çünki uşaqlar valideynin göstərdiyi fəaliyyətlərə maraq göstərirlər".

Bu sözləri psixoloq Aidə Nəbiyeva Sonxeber.az-a uşaqların mənəvi və fiziki inkişafı ilə bağlı danışarkən deyib.
O həmçinin bildirib ki, əyləncə tərbiyədə böyük rol oynayır.Uşaqla kitab oxumaq, vaxt keçirmək çox vacibdir:

"Yaxşı şəxsiyyət yetişdirmək üçün valideynlər mütləq şəkildə öz üzərində işləməlidirlər. Valideyn öz şəxsiyyəti üzərində ciddi addımlar atmalıdır, daha sonra uşağa model olmalıdır. Valideyn özünü yetişdirmək istəyərkən uşağını da yetişdirir. Çünki uşaqlar valideynin göstərdiyi fəaliyyətlərə maraq göstərirlər.Bu da tərbiyədə çox önəmli yer tutur.
Uşağı fiziki baxımdan inkişaf etdirmək üçün isə idman növünə yazdırmaq lazımdı. Əyləncələr tərbiyədə böyük rol oynayır.Uşaqla kitab oxumaq, vaxt keçirmək çox vacibdir".

 

 

 

Mənbə: sonxeber.az