Dünyanın ən böyük vulkanlarından biri oyandı - VİDEO

Dünyanın ən böyük vulkanlarından biri oyandı - VİDEO<span class="qirmizi"></span>

 

Ekvadorda dünyanın ən böyük və ən aktiv vulkanlarından biri olan Kotopaxi püskürməyə başlayıb. Sosial şəbəkələrdə onun oyanmasının görüntüləri yayılıb.

Ekspertlərin proqnozuna görə, püskürmənin pik həddi yaxın vaxtlarda baş verməlidir.

Kotopaxi Yer kürəsinin ən aktiv vulkanlarından biri hesab olunur və 1738-ci ildən bəri 50 dəfədən çox püskürüb. 1877-ci ildəki püskürmədən sonra təxminən 140 il sakitləşib.

2015-ci ildə püskürmə zamanı kül sütunlarının hündürlüyü müxtəlif hesablamalara görə, 5-8 km-ə çatıb.

Mənbə: Vesti

Mənbə: www.oxu.az