Regionlarda endokrinoloji xidmətin keyfiyyəti yaxşılaşdırılır

Regionlarda endokrinoloji xidmətin keyfiyyəti yaxşılaşdırılır<span class="qirmizi"></span>

 

Bakı, 28 noyabr, AZƏRTAC

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşkilatçılığı ilə regionlarda endokrinoloji xidmətin keyfiyyətinin yaxşılaşdırılması, təşkilinə nəzarət məqsədilə Şamaxı və Qobustan şəhərlərinə səfər təşkil edilib.

AZƏRTAC TƏBİB-in rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, səfər çərçivəsində TƏBİB-in Multidisiplinar tibbi xidmətin təşkili şöbəsinin əməkdaşları və Respublika Endokrinoloji Mərkəzinin həkim-mütəxəssisləri tərəfindən rayon mərkəzi xəstəxanalarında endokrinoloji kabinetlərin fəaliyyətinin, xəstələrə təşkil edilən tibbi xidmətinin ümumi dəyərləndirilməsi, eyni zamanda mürəkkəb, ağır xəstələrin qəbulu, onlara konsultativ-diaqnostik yardımların təşkili icra edilib.

Endokrinoloqlar və müxtəlif ixtisaslı mütəxəssislərə şəkərli diabetin fəsadları, müasir müalicə üsulları, insulin analoqlarının istifadəsi haqqında mühazirələr oxunub.

Eyni zamanda, Şamaxı və Qobustan şəhərinin ümumtəhsil məktəblərində uşaqlar arasında endokrinoloji patologiyaların erkən aşkarlanması məqsədilə skrininq, qeydiyyata alınma, müalicə prosesinə cəlbolunma təmin edilib.

Mənbə: azertag.az