Restoranlarda depozit olması qayda pozuntusudur - Ekspertdən AÇIQLAMA - VİDEO

Restoranlarda depozit olması qayda pozuntusudur - Ekspertdən AÇIQLAMA - VİDEO<span class="qirmizi"></span>

Paytaxtda bəzi restoranlar depozit əsasında faəliyyət göstərir. Müştərinin nə sifariş etməsindən asılı olmayaraq, ondan müəyyən məbləğ tələb edilir. Şəhər restoranlarındakı depozit 25 AZN-dən başlayaraq 80 AZN-dək artır.

BAKU.WS xəbər verir ki, mövzu ilə bağlı "ATV səhər"ə öz fikirlərini bildirən restoran inzibatçıları bunun müştərilərin rahatlığı üçün edildiyini deyiblər. Onlar bildirirlər ki, əvvəldən depozit ödənilir və təyin edilmiş vaxt müddətində müştəri restoranda rahat istirahət edir.

Məsələ ilə bağlı açıqlama verən ekspert Eyyub Kərimli isə bu kimi halların qanunun pozuntusu olduğunu bildirib:

"Bu hal istehlakçıların hüququnun pozulması deməkdir. Belə ki, həmin depozitlərdə müştəri həmin vəsaiti ödəməyə məcbur edilir. Müştəri qidanı az istehlak etdikdə isə o depozitdən qalan artıq pul geri qaytarılmır. Bu da müştərinin seçiminə təzyiq etməkdir".

Ətraflı videoda:

BAKU.WS

Mənbə: baku.ws