Nadir Qocabəyli: ““Wolt”lara insanlara zibil daşıyan mopedlər deyərdim”

Nadir Qocabəyli: ““Wolt”lara  insanlara zibil daşıyan mopedlər deyərdim”<span class="qirmizi"></span>

“İnsanın pulunu zirzibilə verib, qarnına tökməsindən böyük bədbəxtlik ola bilməz. Mən o “Wolt”lara insanlara zibil daşıyan mopedlər deyərdim. Nə qədər ki gec deyil, milli mətbəxə qayıtmaq lazımdır. Mümkün qədər özünüz bişirib yeyin”.

Pravda.az-ın xəbərinə görə, bunu yazıçı Nadir Qocabəyli bildirib.

“İmkan, vaxt olmayanda şor-çörək yeyin, yumurta, kartof qaynadın. Gündə bir dəfə yeyin, amma sağlam qidalanın. Yoxsa xəmir çöprəyin içində alaçiy ətli, souslu, mayonezli, tərəvəzli, bir az yol getdikdən sonra horraya çevrilən "fast food", vallah, zibildir. Bir ətək də pul veririk. Onsuz da çox nadir hallarda yeyirəm. Bununla belə, tövbə elədim... Özünüzə yazığınız gəlsin...”

Mənbə: pravda.az