Fransada 15 min əczaçı çatışmazlığı var

Fransada 15 min əczaçı çatışmazlığı var<span class="qirmizi"></span>

Fransada apteklərdə dərman qıtlığı ilə bərabər, əczaçı da çatışmır.

Marja.az Fransa mətbuatında yer alan xəbərlərə istinadən xəbər verir ki, 15 min əczaçı çatışmazlığı olan ölkədə apteklər kadr çatışmazlığından şikayətlənirlər.

 

"France Inter" radiosuna danışan Əczaçılar Birlikləri Federasiyasının prezidenti Filip Bresset ölkədəki hər 3 aptekdən 2-sinin işçi axtardığını açıqlayıb.

Bresset, təqaüdə çıxan əczaçıların yeniləri ilə əvəz edilmədiyini bildirib.

Fransa mətbuatı əczaçılıq fakültələrində 1100 tələbə çatışmazlığının olduğunu da yazıb.

Digər tərəfdən, COVID-19 epidemiyasının yaratdığı böhran səbəbindən xəstəxanalarda həkim və digər tibb işçiləri çatışmazlığı yaşanır, apteklər isə dərman almaqda çətinlik çəkirlər.

Mənbə: marja.az