Dietoloq qışda kökəlmənin səbəblərini - AÇIQLADI

Dietoloq qışda kökəlmənin səbəblərini - AÇIQLADI<span class="qirmizi"></span>

Rusiyalı dietoloq bildirib ki, qışda qida rasionunu dəyişikmək kökəlmənin əsas səbəbidir.

Ednews xəbər verir ki, Rusiyanın qidalanma üzrə eksperti Aleksandra Surjik qışda asanlıqla kökəlmənin əsas səbəblərindən biri olaraq, pəhrizin digər fəsillərə nisbətən kökündən dəyişməsidir.

Qidalanma mütəxəssisinin sözlərinə görə, “Qışda biz, tez-tez tərkibində mürəkkəb karbohidratlar və pəhriz lifi olan tərəvəz və meyvələri daha az yeyirik, əksinə sadə karbohidratlar və yağlı qidaların qəbulunu artırırıq.

Bundan əlavə, dietoloq qışda insanların az hərəkət etdiyindən şikayətlənərək, bu da çəki artımına səbəb olduğunu qeyd edib.

"Havalar soyuq keçdiyindən, insanların çoxu idman geyimində səhər yürüyüşündən imtina edir və nəticədə daha az gəzinti və az fiziki fəaliyyət bu səbəblərdən ən başlıcası hesab olunur.

Maraqlıdır ki, endokrinoloq və diyetoloq Tatyana Filippova qışda qida rasionunuza daxil edilməli olan qidalardan danışaraq, pəhrizinizin kökündən dəyişilməməsinin vacibliyini vurğuladı. Əksinə mövsümə uyğun meyvə-tərəvəzlərdən və az miqdarda karbohidratlardan istifadə etməyi məsləhət gördü.

Mənbə: ednews.net