Quyruqlu qız doğuldu

Quyruqlu qız doğuldu<span class="qirmizi"></span>

Meksikanın Nuevo-Leon ştatının həkimləri yeni doğulmuş qız uşağının altı santimetrlik quyruğunu aşkar ediblər.

Milli.Az bildirir ki, bu barədə "Daily Mail" "Journal of Pediatric Surgery" jurnalında dərc olunan elmi məqaləyə istinadən xəbər verib.

Kənd xəstəxanasında qeysəriyyə əməliyyatı nəticəsində 5,7 santimetr uzunluğunda yumşaq quyruğu olan körpə doğulub. Bu, Meksikada ilk belə haldır.

Ananın hamiləliyi fəsadsız keçib, qız normal vaxtda dünyaya gəlib. Valideynlərinin təxminən 30 yaşı var. Onların artıq heç bir anormallığı olmayan bir oğlu var. Yeni doğulan qızın qalan sağlamlıq göstəriciləri normal olub.

Hesabatda quyruq belə təsvir edilib: "Struktur yumşaq, dəri və saçla örtülüb. Quyruğu tərpətmək mümkün olub, bu da xəstəyə ağrı verməyib. Quyruğuna iynə sancılanda uşaq ağlamağa başladı".

Həkimlər yeni doğulan körpəni iki aylıq olanda yenidən müayinə ediblər. Bu müddət ərzində quyruğun uzunluğu 0,8 santimetr artıb.

Bundan sonra anomaliyanın aradan qaldırılmasına qərar verilib. Əməliyyat lokal anesteziya altında aparılıb. Müdaxilə fəsadsız keçib. Həmin gün uşaq xəstəxanadan buraxılıb.

Quyruğun təhlili onun yumşaq toxumadan ibarət olduğunu və arteriya, damar və sinir uclarını ehtiva etdiyini göstərib.

İnsanlarda quyruqlar iki kateqoriyaya bölünür: yalançı quyruqlar və həqiqi quyruqlar. Birincisi bel problemləri nəticəsində və ya şiş səbəbiylə yaranır, ikincisi isə əzələləri, qan damarlarını və sinirləri ehtiva edir, lakin sümükləri yoxdur. Mütəxəssislərin fikrincə, qızın üzərində tapılan quyruq həqiqi olub.

Əsl quyruqlar insanlarda olduqca nadirdir. 2017-ci ilə qədər cəmi 195 belə hal qeydə alınıb. Ən uzun həqiqi quyruğun uzunluğu 20 santimetr olub. Oğlanlarda daha çox rast gəlinib.

İrfan Vəliyev
Milli.Az

Mənbə: news.milli.az