Prezident Həbibbəylinin oğlunu vəzifəsindən azad etdi

Prezident Həbibbəylinin oğlunu vəzifəsindən azad etdi<span class="qirmizi"></span>

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi ləğv edilib.

Bununla da komitəyə indiyə kimi sədrlik edən gömrük xidməti general-leytenantı Səhət Həbibbəyli vəzifəsindən azad olunub.

Qeyd edək ki, S.Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, deputat İsa Həbibbəylinin oğludur.

Mənbə: axar.az