Şəhidimiz Rahib Babayevin adına küçə verilib, məlum məsələ isə araşdırılır" - Sumqayıt İcra Hakimiyyətindən AÇIQLAMA

Sumqayıt şəhər İcra Hakimiyyətindən şəhid mayor Rahib Babayevin xatirə lövhəsinin oğurlanmasına münasibət bildirib.

Qurumdan Xeberle.com-a verilən məlumatda bildirilir ki, Sumqayıt şəhərində şəhidlərin xatirəsi daim əziz tutulur, onların adı əbədiləşdirilir:

"Sumqayıt şəhərində şəhidimiz Rahib Babayevin də adı əbədiləşdirilib, adına küçə verilib. Qeyd olunan məsələnin araşdırılması məqsədi ilə Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən aidiyyatı qurumlara məlumat verilib”.

Açıqlamada o da qeyd olunub ki, Sumqayıt şəhərində 1992-ci ildə salınan Şəhidlər xiyabanı 2021-ci ildə əsaslı şəkildə təmir olunub, kompleks yenidənqurma işləri aparılıb: "Burada yenidənqurma işləri çərçivəsində Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə Qalib Əsgər abidəsi ucaldılıb və "Zəfər ağacı” abidəsi yaradılıb”.

Xatırladaq ki, noyabrın 29-da gecə saatlarında şəhid mayor Rahib Babayevin 1-ci mikrorayon ərazisində olan xatirə lövhəsi naməlum şəxslər tərəfindən yerindən çıxarılaraq oğurlanıb.

 

 

Xeberle.com

ƏVVƏLKİ XƏBƏR

Naxçıvanda ilk hadisə: Vasif Talıbovun bu qadağaları götürüldü — EKSKLÜZİV

SONRAKI XƏBƏR

Nazir: Etnik ermənilər digər Azərbaycan vətəndaşları ilə eyni hüquqlara malikdir