Azərbaycanlılar kütləvi şəkildə Almaniyadan deportasiya olundu - 112 nəfər

112 nəfər Azərbaycan vətəndaşı Almaniyadan deportasiya edilir.
Bakupost.az-a istinadən xəbər verilir ki, sığınacaq almaq üçün Almaniyaya getmiş azərbaycanlılardan bəzilərinin təqdim etdikləri sənədlər saxta çıxıb, digərlərinə isə sığınacaq verilməsi üçün əsaslı səbəb tapılmayıb. Buna görə də onların sığınacaqla bağlı müraciətinə rədd cavabı verilib. Azərbaycan və Avropa İttifaqı arasında icazəsiz yaşayan vətəndaşların readmissiyası haqqında saziş çərçivəsində həmin şəxslərin deportasiya olunması barədə qərar qəbul edilib.
Artıq onların bir hissəsi - 23 nəfər dünən Bakıya yola salınıb. Heydər Əliyev Hava Limanında onlardan biri polisə təhvil verilib, qalanları sorğu-sual olunduqdan sonra sərbəst buraxılıb.
Digər soydaşlarımızın da yaxın günlərdə Azərbaycana göndəriləcəyi bildirilir.
Qeyd edək ki, Azərbaycanla Avropa İttifaqı arasında readmissiya haqqında saziş 2014-cü ildən qüvvədədir. 2022-ci il başlayandan artıq bir neçə dəfə Azərbaycan vətəndaşları Almaniyadan kütləvi şəkildə deportasiya olunub.

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Bakıda 25 yaşlı gənc qızı doğum günü avtomobil vurub

SONRAKI XƏBƏR

30 NATO ölkəsindən Ukraynaya DƏSTƏK