Nazirlik rəsmisi: “Şəhərlərarası daşımalarda kiçik avtobuslardan istifadə artıb”

Nazirlik rəsmisi: “Şəhərlərarası daşımalarda kiçik avtobuslardan istifadə artıb”<span class="qirmizi"></span>

Azərbaycanda son vaxtlar şəhərlərarası sərnişin daşımalarında kiçik tutumlu avtobuslardan istifadə halları artıb.

“Report” xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin baş mütəxəssisi Rauf Səfərov Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilən “Nəqliyyat və Logistika Komplesinin İnkişafı” mövzusunda konfransda bildirib.

“Hazırda şəhərlərarası daşınma ilə bağlı 621 marşrut mövcuddur. Bu xətlərə gündəlik 1 966 ədəd avtobus çıxarılır. Bu sahədə ən böyük problemlərdən biri böyük tutumlu nəqliyyat vasitələrinin yaşlanması, kiçik tutumlu avtobuslardan istifadənin artmasıdır. Bu da qeyri-qanuni sərnişin daşınmasına gətirib çıxarır. Məlumdur ki, şəhərlərarası daşınmada başlanğıc və son təyinat məntəqəsi avtovağzaldan olmalıdır. Amma müəyyən ərazilər mövcuddur ki, onlardan qeyri-qanuni avtovağzal kimi istifadə olunur. Şəhərlərarası danışmanı sərnişinlər üçün daha da asanlaşdırmaq, bilət alışını daha rahat formada həyata keçirmək üçün biletim.az saytı fəaliyyət göstərir”, - o qeyd edib.

R.Səfərov həmçinin əlavə edib ki, hazırda Bakıda ümumilikdə 2 800-dən çox avtobus mövcuddur ki, bunun da gündəlik bunların 1 900 ədədi istifadədədir.

Mənbə: report.az