Bu şəxslərə avtomobil idarə etməyə icazə verilmir - Cərimələnəcəklər - VİDEO

Ölkəmizə 3 aylıq gələn Gürcüstan vətəndaşları avtomobillərini idarə edə bilmir. Polis onlara xəbərdarlıq edib ki, maşın sürməyə icazəniz yoxdur. Ya sürücülük vəsiqəsini Azərbaycana aid vəsiqə ilə əvəz etməlisiz, ya da avtomobil sürməyin. Bu qaydanı pozsanız cəzalanacaqsız.

Gürcüstan vətəndaşı: "Gürcüstan vətəndaşıyam qardaş, pravam da Gürcüstan pravasıdır. Keçən dəfə polis saxlayıb dedi ki, siz sənətsiz sayılırsınız. Bu sənəd keçmir. Bir ay keçərlidir. Dedim neynəməliyəm? Dedi qeydiyyata düşməlisən, bura pravası almalısan. 3 aydan bir keçib-qayıdırdıq. İndi yol bağlı olduğuna görə, keçə bilmirik. Daimi oturuşda deyilik. Maşınımı saxlamışam, sürə bilmirəm. Deyillər ki, saxlasaq aparacayıq cərimə meydançasına".

Gürcüstan vətəndaşı: "Patrul xidməti saxlayıb deyir ki, siz Azərbaycanda bir ay sürə bilərsiniz. 3 aylıq gəlmişəm, mənim oturum izinim yoxdur. Mən müvəqqəti qeydiyyatla yaşayıram. Getmişəm ki, mənə verin, məni yol patrul xidməti incidir. Mən müvəqqəti bir illik verirlər sürücülük vəsiqəsini, deyirlər biz sizə verə bilmərik gedin oturum izni alın". Qanun bunu necə tənzimləyir? Baş dövlət yol polis idarəsinin inspektoru Elvin Hacıyev bildirdi ki, xarici vətəndaş ölkəmizdə müvəqqəti və ya daimi qeydiyyata düşdükdən bir ay sonra mütləq şəkildə sürücülük vəsiqəsini Azərbaycan sürücülük vəsiqəsi ilə əvəz etməlidir.

Elvin Hacıyev - BDYPİ-nin inspektoru: "Əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycan Respubilkasında müvəqqəti və daimi yaşamaq üçün icazə aldıqda, ölkə ərazisində nəqliyyat vastələrini idarə etmək üçün sütrücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində qanunla müəyyən edilmiş qaydada dəyişdirməlidir. Ola bilsin ki, həmin şəxs 3 aylıq müddətinə ölkədə qalmaq üçün icazə alıb. Bir ay bitdikdən sonra sürücülük vəsiqəsi dəyişdirilməlidir".

Əgər ölkəmizə gələn əcnəbilər müvəqqəti və ya daimi qeydiyyata düşməyiblərsə, o zaman sürücülük vəsiqəsini dəyişməyə ehtiyac yoxdur. Qanun tam aydındır. Azərbaycanda yaşayan əcnəbi, gəldiyi ölkədən asılı olmayaraq Azərbaycan qanunları ilə yaşamalıdır. Sözügedən qayda pozuntusuna görə isə sürücü 100 manat məbləğində cərimələnir.

 

 

Day.az

ƏVVƏLKİ XƏBƏR

Nazir generala yeni köməkçi təyin etdi - FOTO

SONRAKI XƏBƏR

Qaraciyəri qardaşına köçürülən Nərmin: "Ölümü gözə almışdım" - FOTO/VİDEO