Nuri Kabaktepe: Bu mahnı millətin öz Liderinə olan sevdasının adıdır

Nuri Kabaktepe: Bu mahnı millətin öz Liderinə olan sevdasının adıdır<span class="qirmizi"></span>

 

Ankara, 2 dekabr, AZƏRTAC

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri, “Cumhur İttifaqının” vahid namizədi Rəcəb Tayyib Ərdoğan qarşıdakı seçkilərin təbliğat və təşviqat kompaniyasında istifadə etmək üçün böyük Azərbaycan şairi Əhməd Cavadın sözlərinə yazılmış “Çırpınırdı Qara dəniz” mahnısının musiqisi əsasında klip hazırlanıb.

Klipdə Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə addımladıqları kadrlar da əksini tapır.

AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, “Səndən asla vaz keçmərik!” adlı klipdə Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyənin son iyirmi ildə qazandığı uğurları, ölkənin təbii gözəlliyini, xalqın öz liderinə olan sevgisini özündə ehtiva edən kadrlar toplanıb.

Klipi sosial şəbəkə hesabından paylaşan AK Parti İstanbul təşkilatının rəhbəri Nuri Kabaktepe fikir və düşüncələrini belə yazıb: “Bu mahnı millətin öz Liderinə olan sevdasının adıdır.”

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Mənbə: azertag.az