İlin sonunadək Azərbaycanın 5 rayonunda meteroloji stansiyalar quraşdırılacaq

İlin sonunadək Azərbaycanın 5 rayonunda meteroloji stansiyalar quraşdırılacaq<span class="qirmizi"></span>

"İlin sonuna qədər Azərbaycanın 5 rayonunda meteroloji stansiyaların quraşdırılması planlaşdırılır".

“Report” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva “Ekspert saatı”nda deyib.

U.Tağıyeva xatırladıb ki, son iki il ərzində Şərqi Zəngəzur və Qarabağın 10 çayın üzərində 11 avtomat hidroloji stansiya quraşdırılıb.

O həmçinin bildirib ki, gələcəkdə Qarabağda müasir radar sisteminin quraşdırılması da gündəmdədir.

Mənbə: report.az