Adi su ilə təzyiqi necə salmalı? - Həkim açıqlaması

Hipertoniya dünyada ölümün ən birinci səbəbidir.

Təzyiqi normada saxlamaq həyati vacib məsələdir.

Bakupost.az xəbər verir ki, həkimlər hidroterapiya - yəni su vasitəsilə təzyiqi yaxşılaşdırmağın yolunu açıqlayıb.
Həkim terapevt İrina Andreyeva su ilə təzyiqi salmağın yollarını açıqlayıb.
"Hipertoniya əleyhinə dərmanlarla yanaşı hidroterapiya da xəstəyə uzun müddətdə perspektiv təsir göstərir.

Bu zaman su necə təsir edir?

- Damarların spazmını götürür, onları daha yumşaq edir
- Ürəyi qidalanrır
- Qanı duruldur
- Bütün qan sistemini məşq etdirir

Səbəbsiz daim yüksək təzyiq zamanı simpatik sinir sistemi çox aktiv olur. Bu zaman damar divarlarında stress hormonları adrenalin və noradrenalin yığılır.

Nəticədə damarlar daha da daralır, təzyiq yüksəlir.

Müntəzəm olaraq su içmək stress reseptorlarını azaldır.

Su ilə terapiya təkcə içməklə olmur.

- Bu ilıq vanna
- Səhərlər kontrastlı duş
- Ayaqları gah isti gah soyuq suya qoymaq
- Başa soyuq suda isladılmış sarğı bağlamaqdan ibarətdir.

Təzyiq xəstələri hər gün bunlardan birini etsə ürək qan-damar sisteminə kömək etmiş olar".

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Əl yandıran aviabiletlər: Qiymətlər təyyarələrdən daha yüksəkdə uçur - VİDEO

SONRAKI XƏBƏR

Nüvə silahı daşıyan yeni nəsil “gözəgörünməz” təqdim edildi - FOTO/VİDEO