Bərdədə ağır qəza: bir ölü, bir yaralı - FOTO

Bərdədə bir nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə Hindarx Borsunlu avtomobil yolunun Bərdə rayonu Soğanverdilər kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Mercedes" markalı avtomobili ilə "VAZ" 21011 markalı avtomobil toqquşub. Nəticədə "VAZ" markalı avtomobilin sürücüsü 1952-ci il təvəllüdlü Məmmədov Cavanşir Məstan oğlu hadisə yerində həyatını itirib. Digər "Mercedes" markalı avtomobilin sürücüsü 1977-ci il təvəllüdlü Nürəddin Qarayev isə müxtəlif bədən xəsarətləri alaraq Bərdə Diaqnostika mərkəzinə çatdırılıb. Hazırda vəziyyəti orta ağırdır

Faktla bağlı araşdırma aparılır

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Salyanda 19 yaşlı hamilə qadın xəstəxanada ölüb

SONRAKI XƏBƏR

Müdafiə Nazirliyindən SON DƏQİQƏ açıqlaması