Tarixi hamam dağılmaq üzrədir - VİDEO

XVIII əsrdən günümüzədək gəlib çatan “Təndir hamamı” hazırda uzun illərdir fəaliyyət göstərmir.

Baku TV-nin əməkdaşı tarixi hamamda olub. Qonşuların bildirdiyinə görə, məhz hamamın fəaliyyət göstərməməsi səbəbindən buranı tüfeyli həyat keçirənlər öz məskəninə çeviriblər. Hamamda kəskin üfunət iyi də hökm sürür.

Ətrafda yaşayanlar da hamamın acınacaqlı vəziyyətindən narahatdırlar. Sakinlərdən birinin sözlərinə görə, hamamın qapısı və darvazası olub, amma sındırıb, aparıblar.

Memar Elçin Əliyev isə bildirib ki, tarixi “Təndir hamamı” qısa zamanda restavrasiya olummasa, tamamilə dağıla bilər: “Bu, unikal memarlıq abidəsidir".

Daxili İşlər Nazirliyindən (DİN) də məsələyə münasibət bildiriblər. DİN-in əməkdaşı Nurlan Əliyev qeyd edib ki, ərazi polisin nəzarəti altındadır.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli deyib ki, “Təndir” hamamı yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi reyesterə daxildir: “Hazırda həmin hamam qəzalı vəziyyətdədir, bərpa olunmasına ehtiyac var”.

Daha ətraflı süjetdə:

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Prezidentın istefaya getməməsi üçün imza toplanır

SONRAKI XƏBƏR

Putinlə bu barədə danışmaq istəyirəm - Makron