Rusiyada sutka ərzində 6 598 nəfər koronavirusa yoluxub

Rusiyada sutka ərzində 6 598 nəfər koronavirusa yoluxub<span class="qirmizi"></span>

Rusiyada son sutkada 6 598 nəfər koronavirusa yoluxub, 55 nəfər isə xəstəliyin qurbanı olub.

Trend xəbər verir ki, bir gün əvvəl isə 6 669 yoluxma və 59 ölüm faktı qeydə alınmışdı.

Son sutkada 4 589 nəfər koronavirusdan sağalıb, 722 nəfər xəstəxanaya yerləşdirilib. Sağalanların sayı 21 018 980 nəfər təşkil edir.

Hazırkı dövrədək ölkədə koronavirusa yoluxanların sayı 21 617 601 nəfər, koronavirusdan ölənlərin sayı isə 392 231 nəfər təşkil edir.

Mənbə: az.trend.az