Sumqayıtın natəmiz, infeksiya mənbəyi olan avtobusları - "Tədbir görüləcək” (AÇIQLAMA)

Sumqayıtın natəmiz, infeksiya mənbəyi olan avtobusları - "Tədbir görüləcək” <span class="qirmizi">(AÇIQLAMA)</span>

Sumqayıtda marşrut avtobuslarının əksəriyyəti çirkli, baxımsız və infeksiya mənbəyidir.

Bu barədə Xeberle.com-a sərnişinlər bildirib. Qeyd ediblər ki, əsasən də bu hallar 5 saylı marşrut avtobuslarında müşahidə olunur. Belə ki,sərnişinlər pəncərə kənarlarının, oturacaqların kifayət qədər çirkli, döşəmənin isə toz içində olduğundan gileylənirlər.

Məsələni araşdırmaq üçün "Sumqayıt Nəqliyyat-1" MMC ilə əlaqə saxladıq. İdarədən bildirildi ki, hər axşam avtobuslar dayanacaqda təmizlənir, yuyulur: "Lakin problem varsa, idarədə yenidən məsələyə baxılıb tədbir görüləcək".

Xədicə Səxavətqızı

Mənbə: xeberle.com