Bakı-Quba yolunda uzun tıxac yaranıb

Dekabrın 4-ü axşam saatlarında Bakı-Quba yolunda uzun məsafəli tıxac yaranıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, avtomagistralın Xızı rayonu ərazisindən keçən hissəsində müşahidə olunan tıxac üç saata yaxındır davam edir. Yolun bu hissəsində avtomobillərin sürəti saatda 5 kilometrədək aşağı düşüb. Bu səbəbdən yaranan tıxac 15 kilometrə yaxın məsafədə uzanır.

Yolda olan sürücülərin bildirdiyinə görə, tıxac yolun təmir olunan hissəsində bəzi avtomobillərin qarşı hərəkət zolağına çıxması səbəbindən yaranıb.

Hazırda Dövlət Yol Polisi əməkdaşları hərəkətin tənzimlənməsi istiqamətində tədbirlər görürlər.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

İbrahim Kalın: “Türkiyə Rusiya və Ukrayna arasında danışıqların təşkili üçün səylərini davam etdirəcək”

SONRAKI XƏBƏR

Musa Qəzənfərəbadi parlamentdə həbs olunanların sayı ilə bağlı statistikanın olmadığını bildirib