Şəhid Mahmud Cavadovun əziz xatirəsi anılıb

Şəhid Mahmud Cavadovun əziz xatirəsi anılıb<span class="qirmizi"></span>

 

Bakı, 5 dekabr, AZƏRTAC

Şəhid Cavadov Mahmud Heydər oğlunun şəhadətinin ildönümü ilə əlaqədar İkinci Fəxri xiyabanda anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, anım mərasimində Yeni Azərbaycan Partiyası (YAP) Yasamal və Cəbrayıl rayon təşkilatlarının sədrləri, Yasamal Rayon İcra Hakimiyyətinin (RİH) başçısı, Cəbrayıl RİH-in və ictimaiyyətin nümayəndələri, şəhidin ailə üzvləri, qazilər iştirak ediblər.

Şəhidin məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Mənbə: azertag.az