Dünyanın ən bahalı qəhvəsi Bali adasındadır

Dünyanın ən bahalı qəhvəsi Bali adasındadır<span class="qirmizi"></span>

Dünyanın ən bahalı qəhvəsi İndoneziyanın Bali adasında satılır.

Metbuat.az xəbər verir ki, Luvak qəhvəsi 1000 dollara alıcı tapır. Məlumata görə, buradakı qəhvənin tərkibində ənənəvi qəhvələrlə müqayisədə daha az kafein maddəsi var. Qəhvənin əldə edilməsi prosesi də çox maraqlıdır. Bildirilir ki, Luvak qəhvəsinin əldə edilməsi üçün Viveralar pişiklərinə arabika və robusta ağacının meyvələri yedizdirilir. Pişiklərin mədəsində fermentasiyaya məruz qalan qəhvə dənələri təbii yolla çölə ixrac olur.

Ardınca həmin dənələr yuyulur, qurudulur, xarici qabığı soyulur və qovrulur. Luvak qəhvəsinin kilosu keyfiyyətinə görə dəyişir və 1000 dollara alıcı tapır. Hava yağışlı olmayanda qəhvə daha keyfiyyətli olur

Mənbə: metbuat.az