Toğanalı-Kəlbəcər yolunda hərəkət dayanıb - FOTO

Toğanalı-Kəlbəcər yolunda hərəkət dayanıb - <span class="qirmizi">FOTO</span>

Toğanalı-Kəlbəcər yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində nəqliyyat vasitələrinin hərəkəti dayanıb.

APA-ya istinadən bildirilir ki, yolun bağlanmasına səbəb ötən gündən yağan qarın buz bağlaması nəticəsində MAN markalı yük avtomobilinin sürüşməsi olub. Yük maşının yolun mərkəzi hissəsində hərəkətsiz qalması hərəkəti dayandırıb.

Hazırda müvafiq qurumların əməkdaşları əraziyə cəlb olunub. Hərəkətin bərpa olunması istiqamətində işlər aparılır. Qeyd edək ki sözügedən yol artıq buz bağlayıb.

Mənbə: news.milli.az