Bakı, 6 dekabr, AZƏRTAC
Cari il iyunun 22-də Prezident İlham Əliyevin dövlət qulluqçularının təltif edilməsi haqqında Sərəncamına əsasən dövlət qulluğunda səmərəli fəaliyyəti ilə əlaqədar “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarına mükafatları təqdim olunub.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli əməkdaşlara medalları təqdim edib.
O, ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması və bu sahədə nəzarət sisteminin daha da təkmilləşdirilməsinin qarşıda duran əsas vəzifələrdən biri olduğunu bildirib, bu vacib və məsuliyyətli işdə səmərəli fəaliyyət göstərdiklərinə görə əməkdaşlara bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıb.