Hamilə arvadını döyərək övladının ölümünə səbəb olduğu iddia edilən şəxsdən AÇIQLAMA - VİDEO

Sabirabadda hamilə arvadını döyüb onun övladının vaxtından əvvəl dünyaya gələrək ölməsinə səbəb olduğu iddia edilən şəxs danışıb.

Döyüldüyü deyilən qadının əri Vüsal Hüseynov qaynanasından şikayətçi olduğunu bildirib:

“Mənim haqqımda bu məlumatları yalnız o yaya bilər. Qızının oğlanla danışdığının açıq aşkar göründüyü telefon danışığının iki aylıq siyahısını çıxartdırmışam. Evdən dərman tapmışam. Evə gəlib yemək yeyəndən sonra yuxum gəlirdi. Heçnədən xəbərim olmurdu. 2018-ci ildə ailə həyatı qurmuşam. Aramızda bu vaxta qədər heç bir problem olmayıb. Oktyabr ayında oğlanla danışıqlarını tutdum və atasına zəng edib xahiş etdim ki, qızını aparsın. Qızını apardıqdan sonra məni polisə verdilər ki, güyə mən qızı döymüşəm”.

Daha ətraflı Baku TV-nin süjetində:

 

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Aİ ölkələrinin baş diplomatları Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcək

SONRAKI XƏBƏR

Türkiyə Azərbaycanın qaz qovşağının yaradılması layihəsində iştirakına ümid edir