Ukraynada elektrik enerjisinin kəsilməsi bu tarixədək davam edəcək

Ukraynada elektrik enerjisinin kəsilməsi bu tarixədək davam edəcək<span class="qirmizi"></span>

"Ukraynada elektrik enerjisinin kəsilməsi ən azı 2023-cü ilin martına qədər davam edəcək".

"Qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın enerji təchizatı şirkəti "YASNO"nun baş direktoru Sergey Kovalenko bildirib.

Onun sözlərinə görə, Ukraynanın nə vaxt "cədvəllərdən imtina edəcəyi" və elektrik enerjisinin verilməsini tam bərpa edəcəyi hələ məlum deyil.

Qeyd edək ki, Ukraynanın Baş naziri Denis Şmıqal ölkədə 19% elektrik enerjisi çatışmazlığının olduğunu bildirib və istehlakçılar üçün işıqların kəsilməsinin davam edəcəyi barədə xəbərdarlıq edib.

Ukrayna Prezidenti Volodimir Zelenskinin sözlərinə görə, enerji təchizatı ilə bağlı ən çətin vəziyyət Vinnitsa, Kiyev, Jitomir, Dnepropetrovsk, Odessa, Xmelnitski və Çerkassı vilayətlərindədir.

Mənbə: news.milli.az