Türkiyə sahillərində tıxacda qalan tankerlər 18 milyon barel neft daşıyır

Türkiyə sahillərində tıxacda qalan tankerlər 18 milyon barel neft daşıyır<span class="qirmizi"></span>

AB ölkələri Rusiya neftinin qiymət tavanı barədə razılığa gəldiyi üçün göyərtəsində 18 milyon barel neft olan ən azı 20 tanker Bosfor və Dardanel boğazlarında tıxaclarda qalıb.

Qara dənizdə saxlanılan neftin böyük hissəsi Qazaxıstandan gəlir.

Bu barədə “Bloomberg” məlumat yayıb.

Dünən “Financial Times” boğazlarda 19 tankerin toplaşması barədə məlumat verib. Məlumata görə, Türkiyə səlahiyyətliləri gəmilərdən sığorta təminatına zəmanət verən məktublar təqdim etməyi tələb edirlər. Aİ və Böyük Britaniyanın tətbiq etdiyi qiymət tavanı Rusiya neftini bir barel üçün 60 dollardan yuxarı qiymətə daşıyan gəmilərin sığortasından imtinanı nəzərdə tutur.

“Bloomberg”in məlumatına görə, boğazlarda qalan neftin böyük hissəsi Avropaya göndərilir, lakin Cənubi Koreya və Hindistana gedən tankerlər də var. Agentlikdən bildirilib ki, növbədə olan 20 gəmidən 19-u Qazaxıstandan neft daşıyır, bir tanker isə Hindistana nəzərdə tutulan təxminən 1 milyon barrel Rusiyanın Urals nefti ilə yüklənib. Qazaxıstan neftinin Qərb sanksiyalarına məruz qalmamasına baxmayaraq, türk sığortaçılar yükün məhz Rusiya limanından çıxmasına görə narahatdırlar.

Xatırladaq ki, Rusiya neftinin qiymətinin yuxarı həddi dekabrın 5-dən qüvvəyə minib.

Mənbə: azpolitika.info