Azərbaycanın müxtəlif etnik qrupları bir araya gətirmək sahəsində liderdir - Sabev

Azərbaycanın müxtəlif etnik qrupları bir araya gətirmək sahəsində liderdir - Sabev<span class="qirmizi"></span>

Cenevrədə yerləşən BMT institutları, dialoq proqramları, universitetlərdəki konfranslarla yaxından tanışam. Buna görə də Azərbaycanın vətəndaş cəmiyyətini bir araya gətirmək sahəsində liderliyini daha yaxşı bilirəm. Azərbaycan tələbələri, gəncləri, dini rəhbərləri, müxtəlif etnik icmaların rəhbərlərini, dilçilik, mədəniyyət sahələrindəki ekspertləri bir araya gətirməkdə yaxşı təcrübəyə malikdir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Cenevrə Geostrateji Observatoriyasının Baş Direktorunun müavini, Cenevrə Ruhani Müraciət Assosiasiyasının (Geneva Spiritual Appeal Association) vitse-prezidenti Ventzeslav Sabev söyləyib.

Bildirilib ki, Azərbaycanın dialoq sahəsində böyük təcrübəsi qədim tarixə malik mədəni ənənələrindən irəli gəlir. Bu ənənələr son bir neçə onillikdə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə təməli qoyulmuş “Bakı Prosesi” ilə bir daha təsdiqini tapdı.

“Brüsseldə keçirilən “Təhlükəsiz dünya naminə dinlər və mədəniyyətlərarası dialoqun təşviqi” mövzusunda konfrans COVID-19 pandemiyasından sonra “Bakı Prossesi”nin gözlənilən davamıdır. Konfransda konkret təkliflər irəli sürüldü, dialoqların, beynəlxalq görüşlərin təşkil edilməsinin vacibliyi diqqətə çatdırıldı. Növbəti konfransda gənclərin görüşü təşkil olunacaq. Cenevrədə multilateralizmlə bağlı “Gənclər Xartiyası” hazırlanmaqdadır. Ümid edirik ki, Bakı bu xartiyanın müzakirə olunacağı məkan olacaq”, - deyə Sabev qeyd edib.

Mənbə: azertag.az