Şaxta baba kral iqamətgahındakı şam ağacını bəzədi

Şaxta baba  kral iqamətgahındakı şam ağacını bəzədi<span class="qirmizi"></span>

Britaniyada kraliça Kamilla öz iqamətgahı Klarens Hausda Şaxta baba və onun maralılarından birinin iştirak etdiyi ziyafət təşkil edib.

Bu barədə məlumatı Gazeta.ru yayıb.

Tədbir ölümcül xəstələrə yardımla məşğul olan xeyriyyə təşkilatları - Roald Dal Fondu, eləcə də Helen və Duqlas Evi üçün təşkil olunub. Gecəyə uşaqların özləri və yaxınları dəvət edilib.

Kraliça qonaqlar üçün iqamətgahda ekskursiya təşkil edib.

Şaxta baba uşaqlarla birlikdə iqamətgahın kitabxanasındakı şam ağacını bəzəyib.

Mənbə: