Prezidentlərin aylıq maaşları - Kim nə qədər qazanır?

Kapitalizm dövründə insanların ən çox maraqlandığı məsələlərdən biri də maaşların miqdarı ilə bağlıdır. Bu sırada Prezidentlərin məvacibləri də diqqət çəkir.

“Qafqazinfo” dünya liderlərinin aylıq maaşlarını təqdim edir:

ABŞ Prezidenti Cozef Bayden aylıq 33 min dollar (56 min AZN) maaş alır.

Almaniya Kansleri Olaf Şolts ayda təxminən 30 min avro (53 min AZN) maaş əldə edir.

Argentina Prezidenti Alberto Fernandesin aylıq maaşı 5443 dollardır (9253 AZN).

Avstraliya Baş naziri Entoni Albanesenin aylıq maaşı  45,770 dollara (77,809 AZN) başa gəlir.

Böyük Britaniyanın Baş naziri Rishi Sunak aylıq olaraq 91,860 dollar (156,162 AZN) maaş alır.

Çin Prezidenti Si Cinpinin aylıq məvacibi 22,000 dollardır (37,400 AZN).

Fransa Prezidenti Emmanuel Makron ayda 15,969 dollar (27,147 AZN) maaş əldə edir.

İtaliya Prezidenti Serxcio Mattarella isə ayda 19,167 avro (34,250 AZN) qazanır.

Rusiya Prezidenti Vladimir Putin ayda 11,773 dollar (18, 994 AZN) maaş alır.

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

“Yalı Çapkını”nın “Seyran”ı Türkiyə rekordunu qırdı

SONRAKI XƏBƏR

Xəzər suitilərinin kütləvi ölümü ilə bağlı operativ qərargah yaradılacaq