Çin karantin rejimini yumşaldır

Çinin Səhiyyə Komitəsi Covid-19-la bağlı məhdudiyyətləri tədricən yumşaltmağa başlayıb.

Lent.az-ın BBC-yə istinadla xəbərinə görə, ilk olaraq təcridolunma və test qaydaları dəyişdirilib. İndi koronavirus xəstələri xüsusi izolyatorda deyil, evdə təcrid edilə bilər. simptomsuz xəstələrin təcrid olunması isə könüllüdür.

Əksər qurumlara daxil olmaq üçün neqativ nəticəli test tələb olunmur, ölkə daxilində hərəkət məhdudiyyəti tam aradan qaldırılıb. 5 gün ərzində yoluxma aşkar edilməyən yerlərdə karantin ləğv ediləcək.

Ekspertlərin fikrincə sıfır covid siyasətindən birdəfəlik imtina yenidən on minlərlə insanın xəstələnməsinə səbəb ola bilər.

Lent.az

ƏVVƏLKİ XƏBƏR

“Toyota” Rusiyadakı bütün əməkdaşlarını işdən çıxaracaq

SONRAKI XƏBƏR

Ukrayna polisləri minaya düşdü – 4 ÖLÜ, 4 YARALI