Təkcə 4 məktəbə deyil, bütün qəsəbəyə istilik verilmir - Rəsmi REAKSİYA

Təkcə 4 məktəbə deyil, bütün qəsəbəyə istilik verilmir - Rəsmi REAKSİYA<span class="qirmizi"></span>

, Bakının Kürdəxanı qəsəbəsində yerləşən Ağdam şəhər 38, Ağdam şəhər 39, Füzuli şəhər 45 və Şuşa şəhər 7 nömrəli məktəbdə istilik verilmir.

Sakinlərin

Bakupost.az -a verdiyi məlumata görə, noyabrın 15-dən bəri məktəblərdə istilik sistemləri işləmir. Otaqlar soyuq olduğu üçün valideynlərin çoxu uşaqlarını məktəbə göndərmir. Hər sinifdən 2-3 şagirdə dərsə gəlir. Onlar da 2 dərsdən sonra müəllimlər tərəfindən evə göndərilir. Çünki müəllimlər özləri də soyuq sinif otaqlarında otura bilmirlər.Məsələ ilə bağlı Qarabağ Regional Təhsil İdarəsinin əməkdaşı Aynurə Məlikova Bakupost.az -a açıqlama verib. O, mövcud problemdən xəbərdar olduqlarını və hazırda bu istiqamətdə işlərin görüldüyünü bildirib:

“Sözügedən məktəblərin fərdi qazanxanası yoxdur. Qəsəbənin qazanxanasına bağlıdır. İstilik problemi də ümumilikdə qəsəbədə yaşanan problemdir. "Azəristilik" hazırda bu problemi aradan qaldırmağa çalışır. Söz veriblər ki, məsələ həllini tapacaq. Dünən həmin məktəblərə qismən istilik verilib. Amma işlər hələ davam edir”.

Mənbə: www.bakupost.az