Azərbaycan Böyük Britaniya ilə şəhərsalma məsələlərini müzakirə edib

Azərbaycan Böyük Britaniya ilə şəhərsalma məsələlərini müzakirə edib<span class="qirmizi"></span>

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old və bu ölkənin Türkiyədəki Baş Konsulu, Şərqi Avropa və Mərkəzi Asiya üzrə ticarət komissarı Kenan Poleo ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə sədr "Tvitter"də məlumat verib.

“Görüşdə "ağıllı" şəhərsalma həlləri, BİM texnologiyalarının tətbiqi və əməkdaşlıq imkanları barədə məhsuldar müzakirələr apardıq”, - deyə o qeyd edib.

Mənbə: report.az