İngiltərədə III Çarlzın təsviri olan sikkələr dövriyyəyə girdi

İngiltərədə III Çarlzın təsviri olan sikkələr dövriyyəyə girdi<span class="qirmizi"></span>

Britaniyada kral III Çarlzın təsviri olan ilk sikkələr dövriyyəyə buraxılıb. Onların nominal dəyəri 50 pensdir.

Publika.az xəbər verir ki, bu barədə "Le Figaro" Böyük Britaniya Kral Sikkəxanasına istinadla yazır.

Ümumilikdə poçt şöbələri 4,9 milyon sikkə alıb. 50 pensin üz tərəfində yerləşdirilmiş kralın portreti sentyabrın sonunda təqdim olunub.

Eyni zamanda, Çarlz III ilə birlikdə 9,6 milyon yarım funt sterlinq ilkin olaraq dövriyyəyə buraxılacaq. Monarxın olduğu ilk əskinaslar isə yalnız 2024-cü ildə peyda olacaq.

Bildirilir ki, ənənəyə görə monarxın üzü sola, sələfinə əks istiqamətə yönəlib. Portretin heykəltəraş Martin Cenninqs tərəfindən yaradıldığı qeyd edilir.

Həmçinin II Yelizavetanın təsviri olan təxminən 27 milyard sikkə ödəniş vasitəsi olaraq qalmağa davam edəcək.

Hüseyn İbadlı

Mənbə: publika.az