Şengen zonası genişlənir: Xorvatiya müsbət, Rumıniya və Bolqarıstan mənfi cavab aldı

Şengen zonası genişlənir: Xorvatiya müsbət, Rumıniya və Bolqarıstan mənfi cavab aldı<span class="qirmizi"></span>

Aİ-nin Daxili İşlər və Ədliyyə Şurası Bolqarıstan və Rumıniyanın Şengen zonasına daxil olması ilə bağlı qərarı dəstəkləməkdən imtina edib.

Məlumata görə, Aİ-nin 27 nazirindən 25-i Balkan ölkələrinin lehinə, Avstriya və Niderland nümayəndələri isə əleyhinə səs verib.

Eyni zamanda, Aİ ölkələri Xorvatiyanın Şengen zonasına daxil olmasını rəsmən təsdiqləyib.//Oxu.az

Mənbə: www.musavat.com