"TikTok"dakı bu trend qəfil ölümə səbəb olur - XƏBƏRDARLIQ

"TikTok"dakı bu trend qəfil ölümə səbəb olur - <span class="qirmizi">XƏBƏRDARLIQ</span>

Son zamanlar arıqlamaq istəyənlər ağızlarına bant yapışdıraraq yatır və bu anları "TikTok" hesablarında paylaşırlar.

Bakupost.az xəbər verir ki, qısa müddətdə trendə çevrilən bu davranışla bağlı açıqlamalar verən mütəxəssislər xəbərdarlıq ediblər. Onlar bu davranışın beyin qanaması, infarkt, insult kimi həyati təhlükələrə səbəb ola biləcəyini bildiriblər.

Ekspertlər vurğulayırlar ki, ağzını bantlayaraq yatmaq yuxu zamanı qəfil ölümlərə səbəb ola bilər.

Mövzu ilə bağlı danışan Nevrologiya Mütəxəssisi Prof. Dr. Derya Uludüz bu cür yatmağın ölümlə nəticələnə biləcəyini deyib:

"Bunun necə tendensiyaya çevrildiyini anlamıram, amma son dərəcə təhlükəlidir. Beyin oksigensiz qalır, qan dövranı pozulur - bunlar serebral iflicə səbəb olur. İnfarktın səbəb olduğu ölümlər baş verə bilər".

Aysel

Baku Post

Mənbə: www.bakupost.az