Alman xəstəxanalarından zərərli qənaət: Kərə yağı marqarinlə əvəz edildi

Alman xəstəxanalarından zərərli qənaət: Kərə yağı marqarinlə əvəz edildi<span class="qirmizi"></span>

Almaniyanın ən böyük özəl xəstəxana şəbəkələrindən birinə sahib olan "Asklepios", xərclərə qənaət etmək məcburiyyətində qalıb. AzVision.az xəbər verir ki, bu barədə “Hamburger Abendblatt” qəzeti məlumat yayıb. Qeyd edilir ki, xəstəxanalar qənaət üçün xəstələrinin menyusundan kərə yağını çıxararaq onu marqarinlə əvəz edəcək.

"Təchizat və logistika xərclərinin artması, həmçinin iaşə müəssisəsində kadr xərclərinin artması səbəbindən pula qənaət tədbirləri qaçılmaz görünür", - nəşr şirkət sözçüsündən sitat gətirilib.

"Asklepiosun" indiyədək xəstələr üçün aldığı kərə yağının qiyməti son vaxtlar iki dəfədən çox artıb. Şirkət bu vacib ərzağı zərərli marqarinlə əvəz etməklə ildə təxminən 330 min avro qənaət etməyi gözləyir. Ümumilikdə şirkətin hesablamalarına görə, inflyasiya səbəbindən xəstələrin qidalanmasına olan xərclər ildə 2,6 milyon avro artıb.

Tural Tağıyev

 

Mənbə: azvision.az