Ordubadda Yusif Məmmədəliyevin abidəsinin mərmər üzlüyü sökülüb

Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində akademik Yusif Məmmədəliyevin abidəsinin postamentinin qara mərmərdən olan üzlüyü sökülüb.

“Report” xəbər verir ki, qiymətli daşlar vəzifəli şəxsin göstərişi ilə heç bir səbəb olmadan sökülərək aparılıb, postamentə beton üzlük çəkilib.

Qeyd edək ki, 1975-ci ildə Yusif Məmmədəliyevin Ordubad şəhərində ev muzeyi yaradılıb.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Vyaçeslav Qladkov: Rusiyanın Belqorod vilayətində indiyədək 25 sakin həlak olub

SONRAKI XƏBƏR

Rusiyalıların Gürcüstanda qalma şərtləri sərtləşdirilir? - AÇIQLAMA + VİDEO