ABŞ universitetində Azərbaycan dili tədris olunacaq

ABŞ universitetində Azərbaycan dili tədris olunacaq<span class="qirmizi"></span>

ABŞ-ın Yuta Universitetində Azərbaycan dili tədris olunacaq. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Yuta ştatında yerləşən Brigham Young Universiteti (BYU) ABŞ-da Azərbaycan dilini tədris edən ilk universitet olacaq.

Bundan əlavə, təsis ediləcək təqaüdlər sayəsində tələbələrin təcrübə keçmək üçün Azərbaycana gələ biləcəyi də mümkün olacaq.

Xatırladaq ki, ABŞ-ın Yuta ştatı Azərbaycana dost ştatdır. Qeyd edək ki,, 2015-ci ildə Yuta qubernatoru Xocalı soyqırımını tanıyıb və pisləyib.

 

Mənbə: sia.az