15 yaşlı oğlu kəskin leykozdan əziyyət çəkən ana fəryad edir - FOTO

15 yaşlı oğlu kəskin leykozdan əziyyət çəkən ana fəryad edir - FOTO<span class="qirmizi"></span>

15 yaşlı Natiqin sizin yardımınıza ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Davudova Ramilə məlumat verib.

O bildirib ki, oğlu altı aydır Mieloblast leykemiya (kəskin leykoz) xəstəliyindən əziyyət çəkir.

“Natiq altı aya yaxındır kəskin leykozdan əziyyət çəkir və müalicə alır. Hələ ki, müalicənin ilkin mərhələsi davam edir. Natiq 9-cu sinifdə oxuyur, xəstəliyinə görə məktəbə gedə bilmir və dərslərindən geri qalır. Aylıq müalicə üçün 2000-3000 manat pul tələb olunur. Ailədə tək yoldaşım işləyir, mən isə Natiqin xəstəliyinə görə aylardır onunla birgə xəstəxanaları gəzirəm. İmkanlı şəxslərdən oğluma yardım etmələrini xahiş edirəm”

Ailə ilə əlaqə: 051 805 92 20

Mənbə: www.oxu.az