Prokurorluq tərəfindən verilmiş 720 protest təmin olunub

Prokurorluq tərəfindən verilmiş 720 protest təmin olunub<span class="qirmizi"></span>

"Prokurorluq orqanları tərəfindən verilmiş 720 protest məhkəmələr tərəfindən təmin olunub"

“Report” xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Baş Prokurorluğun 2022-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclasında deyib.

Baş prokuror bildirib ki, dövlət ittihamçılarının iştirakı ilə məhkəmələrdə baxılmış 989 cinayət işi üzrə apellyasiya, 787 cinayət işi üzrə isə kassasiya protestləri verilib, 563 apellyasiya protesti və 157 kassasiya protesti təmin edilib: "Ötən il məhkəmələrdə 24396 şəxs barəsində cinayət işi və məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara baxılaraq yekun qərarlar qəbul edilib. Dövlət ittihamının müdafiəsi sahəsində prokurorluq orqanlarının iştirakı ilə bütün instansiya məhkəmələri üzrə cəmi 24396 şəxs barəsində 21512 cinayət işi və məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara baxılaraq yekun qərarlar qəbul edilib".

Mənbə: report.az