“Heydər Əliyev İli” çərçivəsində Lənkəranda sərgi keçirilib

“Heydər Əliyev İli” çərçivəsində Lənkəranda sərgi keçirilib <span class="qirmizi"></span>

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə bağlı Lənkəran Şəhər İcra Hakimiyyəti yeni ilin başlanğıcından çoxsaylı tədbirlərə start verib.

"Unikal" xəbər verir ki, müxtəlif istiqamətlər üzrə ilboyu tədbirlərin keçirilməsi nəzərdə tutulub. Yanvarın 26-da Lənkəran ŞİH-nin təşkilatçılığı ilə Lənkəran Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Lənkəran şəhər uşaq Rəssamlıq Məktəbinin şagirdlərinin Ümummilli Liderin əsasən portret janrındakı əl işlərindən ibarət sərgisi keçirilib. Sərgi zamanı Ulu Öndərin həyat və fəaliyyəti barədə qələmə alınan kitablardan ibarət ayrıca guşə də tədbir iştirakçılarına təqdim olunub. Lənkəran şəhər Heydər Əliyev Mərkəzində baş tutan sərgidə Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov da iştirak edib. İcra başçısı şagirdlərin yüksək peşəkarlıq və həvəslə kağız üzərində canlandırdıqları əsərlərlə yaxından tanış olub və gənc rəssamlara gələcəkdə daha böyük uğurlara imza atmalarını arzulayıb. Qeyd edək ki, ictimaiyyətin geniş marağına səbəb olan sərgi 3 gün davam edəcək.

Mənbə: www.unikal.org