Qəbələdə iki avtomobil toqquşdu, xəsarət alan var

Qəbələdə iki avtomobil toqquşdu, xəsarət alan var<span class="qirmizi"></span>

 

Bu gün axşama doğru rayon ərazisində ağır yol-nəqliyyat nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hərəkətdə olan “VAZ-2106” markalı avtomobillə “Lada-Priora” markalı maşınlar toqquşub.

Bu zaman “VAZ-2106”da olan sərnişin, rayonunun Böyük Pirəli kənd sakini, 73 yaşlı Sahibə Qəribova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı rayon mərkəzi xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib.
Xəstəxanadan Bizim.Media-ya verilən məlumata görə yaşlı qadında xəsarətlər yüngül olduğundan müalicə və müayinəsini davam etdirmək üçün evə buraxılıb.

Faktla bağlı araşdırma başlanılıb.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Mənbə: bizim.media