Şadlıq evləri çərşənbə axşamları toy tətili elan edir - Maraqlı tələb

Şadlıq evləri çərşənbə axşamları toy tətili elan edir - Maraqlı tələb<span class="qirmizi"></span>

 

İstanbul Toplantı və Toy Salonları İdarəetmə Palatası (İSTDO) şadlıq saraylarının çərşənbə axşamı günləri tətil etməsi ilə bağlı qərar verib.

Teleqraf.com xəbər verir ki, bunu İSTDO sədri Adem Sönməz açıqlayıb.

O bildirib ki, COVID-19 epidemiyasından ən çox təsirlənən sahələrdən biri toy sektoru olub: “2019-cu ildə İstanbulda 120 minə yaxın mərasim keçirilib. 2020-ci ildə pandemiya ilə bu rəqəm 50 minə düşüb. 2021-ci ildə 130 min, 2022-ci ildə isə 38 faiz artımla 180 minə yaxın toy olub. İstanbulda keçirilən toyların sayı pandemiyadan əvvəlki rəqəmləri aşaraq davam edir. 2023-cü il üçün rezervasiyalarımız çox yaxşı gedir. Bu il İstanbulda 200-220 min toy olacağını gözləyirik. Pandemiyadan əvvəlki rezervasiya mədəniyyətini yenidən bərpa etdik”.

Adem Sönməz toy sektorunda çərşənbə axşamının tətil elan edilməsi üçün işə başladıqlarını deyib: “Bu kontekstdə pilot bölgə olaraq İstanbulu seçdik. Sektordakı dostlarımızla keçirdiyimiz görüşlər və məsləhətləşmələr nəticəsində şadlıq saraylarının çərşənbə axşamı günləri tətil etməsi ilə bağlı qərar qəbul etdik. Qadın salonları və kosmetoloqlarının peşəkar palatalarının nümayəndələri ilə məsləhətləşmələrimiz zamanı onlar da toy tətilinin çərşənbə axşamı olmasını daha məqsədəuyğun olduğunu və özlərinin də bu qərara əməl edəcəklərini bildirdilər”.

Sönməz qida sektoruna edilən ƏDV endiriminin toy sektoru üçün də tələb edib: “Prezidentimizdən tələbimiz 2023-cü ildə evlənəcək cütlüklər üçün yaxşı xəbər olaraq ƏDV dərəcələrimizin sabitləşdirilməsidir. Toy sektoru olaraq ƏDV dərəcələrinin endirilməsi ilə 2023-cü ilin ilk yarısında qiymətlərimizi sabitləşdirməyə hazırıq".

Şadlıq evi sənayesi ilə birgə iqtisadi şərtlər də istər-istəməz fırlanır. Toy məclisi edən şəxs tək şadlıq sarayı tutmur, bərabərində həm də bazardakı 242 əmtəəyə də toxunur. Burada daşınmaz əmlak sektorundan zərgərə, elektron ev əşyasından mebelə, tekstildən boyaya qədər sektorlar özlüyündə bazara toxunur”.

Mənbə: teleqraf.com