Qarabağ separatçılarından növbəti qaz hay-küyü

Qarabağ separatçıları növbəti dəfə Xankəndidə qaz təchizatının tamamilə dayandırıldığını açıqlayıb.

Separatçılar yenə də Azərbaycana iftira atıblar və qaz kəsintisinə görə ölkəmizi günahlandırıblar.

Belə əsaslandırmağa çalışıblar ki, Ermənistandan Qarabağa qazın ötürüldüyü qaz kəməri bəzi hissələrdə Azərbaycan tərəfinin nəzarətində olan ərazidən keçir. Odur ki, yaxın vaxtlarda Xankəndidə qaz təchizatının dayandırılacağı barədə elan verilib və qaz təchizatı operatoru əhalini zəruri təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb. (müsavat)

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

“Panorama Park”ın mühafizəçisi bina sakinini döydü

SONRAKI XƏBƏR

Tovuz sakini intihar etdi