Ötən il neçə uşaq övladlığa götürülüb?

Ötən il neçə uşaq övladlığa götürülüb?<span class="qirmizi"></span>

2022-ci ildə 215 uşaq övladlığa verilib. Onlardan 110 nəfəri oğlan, 115 nəfəri isə qızdır.

Ölkə.az xəbər verir ki, b u barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq ƏƏSMN-in tabeliyində Sosial Xidmətlər Agentliyindən bildirilib.

Qeyd edilib ki, övladlığa verilən uşaqlardan 214 nəfəri sağlam, 1 nəfəri isə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsdir.

Həmçinin Agentlikdən bildirilib ki, 2022-ci ildə övladlığa götürülən uşaqlardan geri qaytarılan olmayıb. Qeyd edilən dövrdə 1 valideynlik hüququndan məhrum olunma halı olub.

Qeyd edək ki, Prezidentin Fərmanı əsasında 1 noyabr 2019-cu ildən etibarən övladlığagötürmə sahəsində idarəetmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub. Bu proses “Valideyn-himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemi vasitəsilə həyata keçirilir.

Mənbə: olke.az